- Baxış sayı: 60
- 18 İyun 2026 00:32
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

İtaliyalı tennisçi Lorenzo Musetti Madriddə keçirilən “Masters” turnirinin sonuncu yarımfinalçısı olub.
Allsport.az xəbər verir ki, dünyanın 11-ci pilləsində qərarlaşan tennisçi ATP reytinqində 78-ci olan kanadalı Qabriel Diallonu iki setdə məğlub edib. 1 saat 29 dəqiqə davam edən qarşılaşma 6:4, 6:3 hesabı ilə başa çatıb.
Madriddə keçirilən nüfuzlu gil kort turnirinin yarımfinalında Musetti britaniyalı Cek Draperlə qarşılaşacaq.
Daha bir finalçı norveçli Kasper Ruudla argentinalı Fransisko Serundolo arasında keçiriləcək görüşdə müəyyənləşəcək.