“Yeni V-14 modelinin yaxşı balansı var”

Allsport.az saytı xəbər verir ki, “Mersedes” komandasının avstriyalı rəhbəri Toto Volf texniki məqamlardan söz açıb. Keçən il testlərdə aşkarlanan tarazlıq problemi mövsümün sonuna gədər davam etmişdi.

Uzun səylərdən sonra, Bəhreyndə keçirilən ilk sınaq günündə vəziyyət yaxşılığa doğru dəyişib. O, artıq yeni bolidlərdə tarazlığın olmadığını təsdiqləyib:

“Yeni V-14 modelinin yaxşı balansı var. Keçən mövsüm biz mümkün qədər çox məlumat toplamağa çalışdıq. Bu informasiyanın yarış avtomobilinin təkmilləşməsində rolu olub. Mövsümün başlanğıcı kifayət qədər məhsuldar keçib“.

Həmin kateqoriyadan