- Baxış sayı: 104
- 25 İyun 2026 00:34
- Baxış sayı: 90
- İyun 25, 2026
- 0

Latviyanın paytaxtı Riqada qadın idman gimnastikası üzrə keçirilən “Little Tigers Cup” adlı beynəlxalq turnirdə yeniyetmə gimnastlarımız 1 qızıl, 4 gümüş, 3 bürünc medal əldə ediblər.
Allsport.az xəbər verir ki, komandamızın üzvü Xədicə Abbaszadə dayaqlı tullanmada qızıl, çoxnövçülük, sərbəst hərəkətlər və gimnastika tirində gümüş medal qazanıb. Leyla Məmmədzadə dayaqlı tullanmada gümüş, gimnastika tirində bürünc medala sahib çıxıb. Albina Aliyeva çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medala yiyələnib.