Yığmadan “AGF Trophy”də 4 qızıl

Ölkəmizdə keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində böyüklər arasında ilk qaliblər müəyyənləşib.

Allsport.az xəbər verir ki, yığmamız 4 üzvü ayrı-ayrı alətlər üzrə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Komandamızın heyətində Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (paralel qollar) və bürünc (halqalar), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər) və bürünc (paralel qollar), Nazənin Teymurova qızıl (dayaqlı tullanma) və bürünc medal (müxtəlif hündürlüklü qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medala sahib çıxıblar

Həmin kateqoriyadan