Zaur Paşayev: “İdman xoşbəxtliyi hələ biz tərəfdə deyil”

Dünən Astara olimpiya idman kompleksində 18-ci turun bağlanış oyununda “Zirvə” evdə “Sərhədçi”yə 76:92 yenilib. Son ölkə çempionunun 1-ci mövqedə çıxış edən basketbolçusu Zaur Paşayev durumu allsport.az saytına açıqlayıb:

“Hələ də oyunuz alınmır. Komanda olaraq mübarizə getmir. Bilmirəm nədəndir. Ola bilsin, yeni legionçular kollektivə uyğunlaşa bilmirlər. Güclə deyil. Nə qədər məşq etsək, qaçsaq və oynasaq da, axırda yenə uduzuruq. Hakim səhvləri də var.

Allah qoysa, ayın 26-da Şəki klubu ilə oynayırıq. “Olimpik”ə qalib gəlib son pillədən qurtulmaq istəyirik. Sonra “Neftçi” ilə oyunumuz var. Əslində, Astarada da pis oynamadıq. Sadəcə, çox toplarımız səbətə düşmədi. Bizdən fərqli, “Sərhədçi” nə atırdı, salırdı. İdman xoşbəxtliyi hələ biz tərəfdə deyil”.

Həmin kateqoriyadan