Zöhrə Ağamirova ən yüksək icra xalına layiq görülüb

Allsport.az xəbər verir ki, ölkəmizdə bədii gimnastika üzrə keçirilən “AGF Trophy” beynəlxalq turnirində halqa və topla hərəkətlərin icrasında yığma komandamızın üzvləri Zöhrə Ağamirova qızıl, Alina Gözəlova isə gümüş medal qazanıb.

Həmçinin Azərbaycan gimnastika federasiyasının xüsusi təsis edilmiş mükafatı olan – “AGF Trophy” kubokunun böyüklər arasında fərdi proqramda təqdimetmə mərasimi keçirilib. Gimnastımız Zöhrə Ağamirova ən yüksək icra xalına görə (top) “AGF Trophy” kubokuna layiq görülüb.

Həmin kateqoriyadan