Cəbrayıl Həsənov: «Bu il əsas məqsədim Avropa Oyunlarında uğurlu çıxış etməkdir»

Milli komandamızın aparıcı sərbəst güləşçisi Cəbrayıl Həsənov (74 kq) bu il də uğurlu nəticələr qazanmağı hədəfləyib. Allsport.az saytına açıqlamasında titullu bahadır deyib ki, cari mövsümdə əsas diqqətini yayda paytaxtımızda keçiriləcək Avropa Oyunlarına yönəldib:

«Gələn ay Minskdə Belarusun məşhur güləşçisi Aleksandr Medvedin şərəfinə keçiriləcək ənənəvi beynəlxalq turnirdə iştirak edəcəyəm. Sonra apreldə milli komandanın heyətində ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq Dünya Kubokuna qatılacatam.

Təbii ki, bu il əsas gücümü Bakı-2015-ə qoyacağam. Məqsədim, doğma divarlar arasında yüksək səviyyədə çıxış etməkdir».

Həmin kateqoriyadan