Əbu-Dabidən 10 medalla döndülər

Azərbaycan idmançıları Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən ciu-citsu üzrə “Abu-Dhabı world jıu jıtsu championship” yarışında uğurla iştirak ediblər.

Allsport.az xəbər verir ki, Azərbaycan ciu-citsu federasiyasından “Azərtac”a bildirilib ki, yığma komandamız bu yarışa geniş heyətlə qatılıb. Yarışda Fərid Məmmədov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Ayaz Süleymanov, Həsən Babayev, Azər Cəfərzadə, Rüfət Ağayev, Zaur Aşumov, Firudin Nəsirov gümüş, Fərhad İbrahimov, Nicat Səfiyev və Zaman Qəhrəmanov isə bürünc medala sahib olublar.

Həmin kateqoriyadan