Əcnəbi turistlər dünya çempionatında necə istirahət edir

BMX üzrə Bakıda keçirilən dünya çempionatı ilə əlaqədar paytaxtımıza minlərlə turist gəlib. Allsport.az saytı xəbər verir ki, həm onların, həm də yerli tamaşaçıların vaxtlarını səmərəli keçirmələri və istirahət etmələri üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Veloparkda bütün şərait yaradılıb.
 
Dünya çempionatı davam edən günlərdə Veloparkın istirahət və əyləncə mərkəzində olan tamaşaçılar buradan yarışların gedişini izləyir, milli mətbəximizin təamlarını dadır, həmçinin onlar üçün təşkil edilən konsert proqramlarında əylənirlər. Qeyd edək ki, Veloparkın istirahət və əyləncə mərkəzinə giriş pulsuzdur.

Həmin kateqoriyadan