- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

“Təhsil” RİM-in 11 nömrəli uşaq-gənclər idman məktəbində “Antidopinq dəyərləri” adlı seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə stolüstü tennis, boks və şahmat idman növlərindən azyaşlı və yeniyetmələr iştirak ediblər.
İdmançılara dopinq nəzarəti, qadağan edilmiş siyahı və antidopinq qaydalarından danışılıb. Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən iştirakçılar, sonra antidopinq haqqında biliklərini test vasitəsilə yoxlayıblar.