11 saylı UGİM-də “Antidopinq dəyərləri”

11 saylı uşaq-gənclər idman məktəbində azyaşlı və yeniyetmə idmançılar üçün “Antidopinq dəyərləri” adlı seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda basketbol və futbol üzrə azyaşlı və yeniyetmələr iştirak edib.

İdmançılara dopinq nəzarəti, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında təqdimat olunub.

Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən iştirakçılar, sonra antidopinq testi vasitəsilə öz biliklərini yoxlayıblar. Sınaqda düzgün cavab verən iştirakçılara üzərində AMADA-nın “Təmiz idman” şüarı olan xatirə hədiyyələri verilib.

Həmin kateqoriyadan