2 qoşaçarxçımız “Lvov”la müqavilə bağlayıb

Ölkəmizin şosse velosipedi üzrə elit millinin üzvü Elçin Əsədov və U-23 komandasından Mahmud Məmmədov Ukraynanın “Lvov” kontinental komandası ilə müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, adları çəkilənlər ilin sonunadək bu komandanın heyətində beynəlxalq yarışlarda iştirak edəcək. 

Dəfələrlə Azərbaycan çempionatlarının qalib və mükafatçısı olmuş Elçin Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub. Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliklərinin qalib və mükafatçısı adını qazanan perspektivli idmançımız Mahmud Məmmədov isə ötən il 18 yaşının tamam olması ilə əlaqədar bu ildən etibarən U-23 yaş qrupuna keçib.

Qeyd edək ki, UCİ-nin mövcud qaydalarına əsasən, velosipedçilər 18 yaşları tamam olduqdan sonra peşəkar klublarla müqaviləyə imza ata bilərlər. “Lvov” klubunun heyətində çıxış edəcək idmançılarımızı Tokio-2020 oyunlarına lisenziya xalları verən kifayət qədər nüfuzlu yarış gözləyir.

Həmin kateqoriyadan