6 saylı UGİM-də “Antidopinq dəyərləri” mövzusunda seminar

6 saylı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində “Antidopinq dəyərləri” mövzusunda seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda müxtəlif idman növləri üzrə gənc idmançılar iştirak edib. Onlara dopinq nəzarəti, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında bilgi verilib.

Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən iştirakçılar, sonra ÜADA-nın onlayn antidopinq testi vasitəsilə öz biliklərini yoxlayıblar. Sınaqda suallara düzgün cavab verənlərə üzərində AMADA-nın “Təmiz idman” şüarı olan xatirə hədiyyələri verilib.

Həmin kateqoriyadan