9 noyabr – Dövlət Bayrağı günü Salyanda

9 noyabr – Dövlət Bayrağı günü münasibətilə Salyan rayonunda veloyürüş keçirilib. Allsport.az xəbər verir ki, rayon icra hakimiyyəti, gənclər və idman idarəsi və velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yürüşdə 300-dən artıq yeniyetmə və gənc iştirak edib.

Start və finiş nöqtəsi Yeni Azərbaycan partiyası Salyan rayon təşkilatının qarşısında olan veloyürüş zamanı iştirakçılar şəhər küçələri ilə dövrə vurublar.

Tədbirin təşkilində əsas məqsəd Dövlət Bayrağı gününü qeyd etməklə yanaşı, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və velosiped idmanına marağın artırılmasıdır.

Həmin kateqoriyadan