AAF-in nümayəndə heyəti FIA-nın illik idman konfransında

Azərbaycan Avtomobil Federasiyasının (AAF) nümayəndə heyəti İtaliyanın Turin şəhərində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) illik idman konfransında iştirak edir. Allsport.az saytı xəbər verir ki, iyunun 21-dən başlayan tədbirin əsas mövzusu avtomobil idmanının keçmişi, bu günü və gələcəyidir.

Tədbir çərçivəsində, həmçinin yerli avtomobil federasiyalarının inkişaf strategiyaları, avtomobil idmanında təhlükəsizlik, avtomobil idmanı və avtomobil sənayesinin vəhdəti mövzularında panel müzakirələri aparılır.

Bakıda keçirilən Formula-1 Avropa qran Pri-yarışı da konfransın diqqət mərkəzindədir. Tədbir zamanı yarışın yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. Formula-1 üzrə 4-qat dünya çempionu, “Ferrari” pilotu Sebastian Vettel Bakıda yarışın çox gözəl təşkil edildiyini vurğulayıb.

Bu gün başa çatacaq konfransda dünya avtomobil idmanı və sənayesinin, avtomobil federasiyalarının nümayəndələri iştirak edirlər.

Həmin kateqoriyadan