- Baxış sayı: 36
- 18 İyul 2025 20:33
- Baxış sayı: 219
- İyul 17, 2025
- 0
MMA üzrə ölkə kuboku yarışı keçirilib. İMMAF qaydaları ilə təşkil edilən yarışda ölkənin bütün şəhər və regionlarını təmsil edən 39 klubdan 450-dək idmançı iştirak edib.
Allsport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən, komanda hesabında “Abbasov Top Team” birinci yeri tutaraq ölkə kubokuna layiq görülüb.
Birincilik yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunub. Ölkə kubokunun nəticələri əsasında 20–27 iyulda Əbu-Dabi şəhərində keçiriləcək yeniyetmələr və gənclər arasında dünya çempionatı (İMMAF qaydaları ilə), eləcə də 27 sentyabr – 2 oktyabrda Tbilisidə təşkil olunacaq böyüklər arasında dünya çempionatı (İMMAF qaydaları ilə) üçün Azərbaycan komandasının heyəti formalaşdırılacaq.