“Açılış yarışı”nda ROVM-in yetirmələri fərqlənib

Velosiped idmanı federasiyasının təqvim planına əsasən Veloparkda mövsümün “Açılış yarışı” keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edib.

15 yaşadək qız və oğlanların 7,2 kilometr məsafəyə mübarizəsi Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri Fatimə Əfqanzadə və Hüseyn Nərimanovun qələbəsi ilə başa çatıb. On iki kilometr məsafə qət edən 17 yaşadək qızlar arasında fəxri kürsün ilk pilləsinə 7 nömrəli Olimpiya Məktəbinin təmsilçisi Viktoriya Sidorenko qalxıb. Bu yaş qrupunda çıxış edən oğlanların 21 kilometr məsafəyə yarışında isə Respublika Olimpiya Məktəbinin üzvü Nikita Sitov qalib olub.

Gənc qızlar arasında 21 kilometr məsafəni hamıdan tez başa vuran Respublika Olimpiya Velosiped Məktəbinin velosipedçisi Ayan Xankişiyeva qızıl medala layiq görülüb. Adı çəkilən məktəbin digər üzvü Nəcəf Bağırov isə gənc oğlanlar arasında 42 kilometr məsafəni birinci tamamlayıb. Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Həmin kateqoriyadan