Açıq MTB yarışının qalibləri məlum olub

Açıq MTB yarışının qalibləri məlum olub

Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib. Allisport.az saytı xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.

U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 km olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 saylı Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.

U-15 (3x2km)

1. Fədail Mahmudov  8OEQİUVM  28:45
2. Əhməd Əhmədov  8OEQİUVM  29:47
3. Emil Əliyev   8OEQİUVM  29:48

17 yaşadək velosipedçilər eyni marşrut üzrə 5 dövrə mübarizə aparıblar və “Neftçi” İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayıb.

U-17 (5x2km)

1. Vüqar Nəsibov   Neftçi    47:08
2. Nəcəf Bağırov   AzVİF    49:09
3. Osman Qəhrəmanov  OEQİUVM   50:11

Ən nəhayət, elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar 14 km məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsilə yekunlaşıb.

Elit, U-23, Gənclər (7x2km)

1. Orxan Məmmədov  OEQİUVM   58:06
2. Musa Mikayılzadə   Lokomotiv   58:22
3. Aqşin Bağırlı   Lokomotiv   58:42

Həmin kateqoriyadan