- Baxış sayı: 40
- 31 Yanvar 2023 18:17
- Baxış sayı: 19
- Fevral 02, 2023
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən “Güvən” idman klubunda sambo üzrə açıq paytaxt çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 90 idmançı 7 çəkidə qüvvəsini sınayıb.
Gərgin mübarizədə Ülvi Sadıqov (58 kq), Əbdürrəhman Səbzalıyev (57 kq), Elvin Bağırov (64 kq), Tural Allahverdiyev (71 kq), Hacalı Qasımov (79 kq), Adil Adilzadə (88 kq), Cəlil Xəlilzadə (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) qızıl medal qazanıblar.
İlk üç yeri tutan idmançılara baş idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.