ADEL platforması öz dilimizdə olimpiyaçıların xidmətindədir

ADEL platformasının Azərbaycan dilində versiyası artıq idmançılarımızın xidmətindədir. Allsport.az saytı xəbər verir ki, bu videoçarx vasitəsilə ondan istifadə qaydası öyrədilir. ADEL nədir? O, Tokio-2020 olimpiadasına idmançı hazırlığının ayrılmaz hissəsidir.

“Dördilliy”ə vəsiqə qazanan bütün olimpiyaçılara ADEL təlimini keçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, Tokio-2020 üçün bu təlim kursu sadəcə idmançılar üçün deyil, həm də köməkçi heyəti və məşqçilərə də tövsiyə olunur.

ADEL təlimini tamamlayan idmançılar antidopinq qaydaları, prosedurları və tələbləri haqqında, habelə terapevtik istisna üçün icazə və dərmanların necə yoxlanılması haqqında ətraflı anlayış əldə edəcəklər.

ADEL təlimindən keçməklə idmançılar həm də məkan məlumatı və öz hüquq və vəzifələri haqqında da biliklərini möhkəmləndirmiş olacaqlar.

Həmin kateqoriyadan