Adil Əliyev 2-ci Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak edib

Milli məclisin gənclər və idman komitəsinin rəhbəri Adil Əliyev deputat həmkarı Kamal Cəfərovla 2-ci Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün, Sabirabad rayonuna səfər ediblər. Allsport.az saytı xəbər verir ki, Azərbaycan kikboks federasiyasının fəxri prezidenti qazinin intiharından sarsıldığını dilə gətirib:

“Ali baş komandan İlham Əliyevin ın rəhbərlik etdiyi müzəffər ordumuzun tərkibində döyüşərək, düşmənin 30 illik işğalına son qoyan, tarixi torpaqlarımızı azad edən qəhrəmanlarımızın öz canlarına qıyması hər birimizi dərindən sarsıdır. Ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən Vətən övladlarına, onların ailələrinə dövlətimiz tərəfindən hər cür köməklik göstərilir.

Şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Eləcə də hər birimiz öz növbəmizdə onların çətinliklərinin həlli istiqamətində bütün mümkün olan addımları atmalıyıq. Allahdan bir daha Elvinə və bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm”.

Həmin kateqoriyadan