- Baxış sayı: 43
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Bu gün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə kişilər arasında peşəkar kikboksinq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, xatirə turniri saat 12:00-da Ağdam Olimpiya Kompleksində baş tutacaq. AKF-in prezidenti Adil Əliyev bu kimi tədbirlərin keçirilməsinin cəmiyyətdə vətənpərvərlik ruhunu və bölgələrdə gənclər arasında idmana olan marağı artırmağa hesablandığını deyib.