AKF qitə çempionatında qalmaqala aydınlıq gətirib

Monteneqronun Budva şəhərində yeniyetmə və gənc kikboksçuların qitə çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, komandamız yarışa AKF-in prezidenti Orxan Əliyev, 1-ci vitse-prezident Ramal Aslanov, vitse-prezident Ədalət Kazımov və baş katib Sadıq Bağırovun rəhbərliyi ilə yollanıb.

Komandamızın turnirdə uğurla çıxış etdiyi bir vaxtda sosial şəbəkələrdə yayılan əsassız məlumat gündəmə gəlib. Bu insident barədə açıqlama almaq üçün, bakusport.az adı 2-ci çəkilən şəxslə əlaqə yaradıb. Eyni zamanda əsas millinin kapitanı olan dünya çempionumuz, məsələyə belə aydınlıq gətirib:

“Sosial şəbəkələrdə əsassız məlumatlar dolaşır. Buna aydınlıq gətirmək istəyirəm. Kadetlərdən ibarət komandamızın köməkçi məşqçisi Əli Cəfərovla israilli məşqçi arasında anlaşılmazlıq olub. Aralarındakı insidentə görə polisə dəvət olunublar və izahatları alınıb.

Bundan sonra sərbəst buraxılıblar və arada barışıq olub. Sosial şəbəkələrdə yayılan məlumatlar düzgün deyil. Sadəcə, kiçik bir anlaşılmazlıq olub. Sonda onu demək istəyirəm ki, Azərbaycan Kikboksinq Federasiyasının son illər əldə etdiyi yüksək nəticələr göz önündədir”.

Həmin kateqoriyadan