Aleksandr Averin: Fərqlənən velosipedçilər öz reytinqlərini xeyli artıracaqlar

Respublika Velotrekində trek növü üzrə ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra milli mkomandanın baş məşqçisi Aleksandr Averin açıqlama verib:

“Artıq mövsümə yekun vururuq və bu bizim cari ildə keçirdiyimiz son yarışdır. Azərbaycan çempionatının maraqlı edən daha bir məqam yarışın nəticələrinin Beynəlxalq Velosipedçilər İttifaqına (UCİ) göndərilməsidir.

Yəni, mükafata layiq yerlər tutmuş idmançılar bununla öz reytinqlərini xeyli artıracaqlar və bu da beynəlxalq yarışlarda iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır. Elə bunu nəzərə almaqla idmançıların bu yarışa necə önəm verdiyini hiss etmək çətin deyil”.

Həmin kateqoriyadan