Aleksandr Qusyatnikovdan mesaj: “Tour d’Azerbaidjan”ın maliyyə fondunu artırmaq lazımdır

“Hər zaman olduğu kimi, bu il də “Tour d’Azerbaidjan” yüksək səviyyədə keçirilir. Əlbəttə, istərdik ki, bu yarış daha yüksək kateqoriyaya (2HC) sahib çıxsın və daha sonra dünya turu statusu alsın”. Allsport.az saytı xəbər verir ki, bu sözü AVB-in vitse-prezidenti Aleksandr Qusyatnikov veloturun 3-cü mərhələsi başlamazdan öncə azərbaycanlı jurnalistlərə müsahibəsi zamanı söyləyib. O, fikrini belə davam etdirib:

“Bunun üçün nə etmək lazımdır? Təhlükəsizliklə bağlı hər hansı problem yoxdur. Sadəcə, maliyyə fondunu artırmaq lazımdır. İnfrastruktura gəlincə, hər şey yüksək səviyyədədir. Otelləriniz və yollar çox əladır. Prezident İlham Əliyev ölkənizdə idmanın inkişafı üçün hər şeyi edir. Həmçinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri qeyd etməliyəm”.

 

Həmin kateqoriyadan