“Alfa Tauri”nin satışı müzakirədə

Allsport.az xəbər verir ki, İtaliya komandasını yaxın gələcəkdə dəyişiklər gözləyir. Onun Faenze bazasından, Böyük Britaniyaya köçəcəyi və yaxud satılacağı gözlənilir. Xərclər “Red Bull“ üçün çox baha başa gəldiyi üçün, yaxın gələcəkdə dəyişikliklərin olacağı deyilir.

Bundan əlavə, “Alfa Tauri”nin geyim markasının çətinlikləri komandaya təzyiq göstərir. Bir neçə marka filialının yaxın vaxtda bağlanacağı iddia olunur. Hazırda “Red Bull“ öz 2-ci komandası olan “Alfa Tauri üçün müxtəlif obyektiv variantları müzakirə edir.

Əsas təklif olaraq, bazanın İtalyadan Britaniyaya köçməsi planlaşdırılır. Qisa müddətli perspektivdə bu, xeyli vəsaitə qənaət edəcək. İkinci variant komandanın satışıdır. “Alfa Tauri”nin qiyməti 700 milyon dollar dəyərindədir. Belə yüksək məbləğə baxmayaraq, artıq bir sıra potensial alıcılar da var. Onların sırasında Formula-1 çempionatına müraciət edən şirkətlər yer alıb.

Həmin kateqoriyadan