AMADA-nın direktoru Avropa şurasında hansı məsələləri qaldırıb?

AMADA-nın direktoru Şəfəq Hüseynli Avropa şurasının EPAS çərçivəsində keçirilən insan hüquqları və idman üzrə forumda iştirak edib. Allsport.az saytı xəbər verir ki, videokonfransda əsas mövzusu idmançı hüquqları haqqında olub.

Həmyerlimiz idmançıların ədalətli məhkəmə hüququnun müdafiəsinin gücləndirilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
O, həmçinin AMADA-nın idmançı hüquqlarının müdafiəsinin təşviqi sahəsindəki müsbət təcrübəsi haqqında da məlumat verib.

CAHAMA-nın gender bərabərliyi üzrə məruzəçisi olan Şəfəq Hüseynli, bundan əlavə antidopinqdə gender bərabərliyinin təmin edilməsi və gender balansı üzrə nümayəndəçilik prinsipinin əhəmiyyətini vurğulayıb.

AMADA-nın direktoru Avropa şurasında hansı məsələləri qaldırıb?

Həmin kateqoriyadan