AMADA-nın Tokio-2020 oyunlarına yollanan idmançılarımız üçün çağrı mərkəzi

AMADA, Tokio-2020 yay olimpiya oyunlarına yollanan idmançılarımız üçün bu müddətində 24 saat fəaliyyət göstərən çağrı mərkəzini işlək edəcək.

Allsport.az saytı xəbər verir ki, antidopinq məsələləri ilə bağlı idmançılarımızda təcili suallar yarandığı təqdirdə onlar AMADA-nın çağrı mərkəzinə müraciət edə biləcəklər. Çağrı mərkəzimizin nömrəsini “dördillik” öncəsi sosial media hesablarımızdan paylaşacağıq.

İdmançılar olimpiada ilə əlaqədar hal-hazırda olan suallarını office@amada.az email ünvanına göndərə bilərlər. Məqsəd, təmiz idmançılarımıza ədalətli oyunlarda maksimum dəstək göstərməkdir.

Həmin kateqoriyadan