AMADA qlükokortikoidlərin yuyulma müddətindən bəhs edib

Qlükokortikoidlər təbabətdə geniş istifadə olunan, idmanda müxtəlif oynaq və bağ zədələnmələrində, həmçinin bronxial astma kimi müxtəlif tibbi vəziyyətlərin müalicəsində geniş istifadə olunan dərman qrupudur. Allsport.az saytı xəbər verir ki, qlükokortikoidlərə müxtəlif formalarda rast gəlmək olar: inhalyatorlar, məlhəmlər, göz və qulaq damcıları, inyeksiya.

2022-ci ilin yanvar ayının 1-dən etibarən yarış müddətində qlükokortikoidlərin istənilən növ inyeksiya ilə tətbiqi qadağandır. Yuyulma müddəti nədir? İdmançılar və idmançı köməkçi heyəti üzvlərinin yarışdan kənar müddətdə istifadəsinə icazə verilən maddənin yarış müddətində də müsbət dopinq test nəticəsi verə bilmə ehtimalı haqqında məlumatlı olmaları vacibdir.

Bu səbəbdən idmançılar və İKH üzvləri inyeksiya vasitəsi ilə tətbiq edilən qlükokortikoidlərin orqanizmdən xaric olması üçün tələb olunan müddət haqqında məlumatlı olmalıdırlar ki, qadağan edilmiş maddənin idmançının nümunəsində aşkar edilmə riski az olsun.

Bu, yuyulma müddəti kimi tanınır. İdmançılar qlükokortikoid inyeksiyasının nə zaman və hansı dozada tətbiq edilməsindən asılı olaraq yarış müddətində maddənin orqanizmdən tam xaric olunmaması səbəbindən müsbət dopinq testi riski altındadırlar.

Həmin kateqoriyadan