Aprel şəhidlərinin xatirəsinə uşaq, yeniyetmə və gənclər arasında kikboks turniri

9-10 apreldə Şağan olimpiya idman kompleksində uşaq, yeniyetmə, kadet və gənclər arasında kikboks turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, Aprel şəhidlərinin xatirəsinə həsr olunacaq yarış Suraxanı rayon gənclər və idman idarəsi, Azərbaycan kikboksinq federasiyası və “Vətən” kikboksinq klubunun təşkilatçılığı ilə olacaq.

Yarış kik-layt və lwo-kik sistemi üzrə təşkil olunacaq. Turnirin təşkilində əsas məqsəd bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, uşaq, yeniyetmə və gənclərdə kikboksinqə marağın artırılması, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi və asudə vaxtın səmərəli təşkilindən ibarətdir.

Həmin kateqoriyadan