Aqil Acalov yenidən Azərbaycan Braziliya ciu-citsu federasiyasının prezidenti seçilib

Azərbaycan Braziliya ciu-citsu federasiyasının növbəti ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, federasiyanın təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov yığıncaqda gündəlikdə duran məsələlər barədə məlumat verib.

O, ötən ilin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edid, idmanının bu növünün inkişafı istiqamətində atılmalı olan addımlardan, yeni təqvim ilində nəzərdə tutulmuş planlardan danışıb.

Federasiyanın prezidenti vəzifəsinə Aqil Acalovun namizədliyi irəli sürülüb və o yenidən rəhbər seçilib. Rüfət Həsənov federasiyanın vitse-prezidenti, Kamil Qocayev və Anar Səfərov sədr müavinləri, Rəna Səfərova baş katib vəzifələrinə təyinat alıblar.

Bundan əlavə, federasiyanın Bakı və Sumqayıtdan başqa, Gəncə, Qazax, Quba, Şamaxı və digər regionlarda da filialları və onların məsul şəxsləri təsdiqlənib. Federasiya tərəfindən 2022-ci ildə keçiriləcək yarış və seminarların siyahısı təsdiqlənərək gündəliyə salınıb.

Həmin kateqoriyadan