- Baxış sayı: 68
- 31 Oktyabr 2024 21:46
- Baxış sayı: 67
- Noyabr 12, 2024
- 0
“Araz-Naxçıvan” çempionlar liqasının ilkin mərhələsində bu gün 2-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, ilk matçda “Sparta Belfast”ı 7:1 hesabı ilə yenən təmsilçimiz bu dəfə Estoniya çempionu “Sillamae Silla”yla qarşılaşıb.
“Qırmızı-ağlar” ilk oyunla müqayisədə bu dəfə meydana tam heyətlə çıxmışdı. Belə ki, qırmızı vərəqə cəzasını başa vuran Lazar Milosavljeviç meydana çıxmaq şansı qazanmışdı. Baş məşqçi Vitali Borisov da “5-lik”də dəyişiklik etmişdi.
Hesabı 5-ci dəqiqədə Amadeu açıb. 9-cu dəqiqədə rəqib bərabərlik qolunu vurmaq şansını qaçırıb. Pfeninq penlti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 13-cü dəqiqədə “qırmızı-ağlar” fərqi artırıb. Bu dəfə Yaniç rəqib torunu silkələyib. Kadinho isə 3-cü qolun müəllifi olub.
İkinci hissədə ilk qol Manafovun ayağına yazıldı. Növbəti qolun ötürməsini edən Manafov Kadinhonun dubl etməsinə imkan yaradıb. 33-cü dəqiqədə Ülvi Əliyev də qol vuranlar sırasına qoşuldu – 7:0.
Komandamız qrupda son oyununu İsveçin “Uddevalla” komandasına qarşı keçirəcək. Əsas mərhələyə ancaq qrup lideri vəsiqə qazanır.