Avstraliya qran-prisində “Ferrari”nin sürücüsü Sebastyan Fettel qalib gəlib

Formula-1 üzrə dünya çempionatının yeni mövsümünə start verilib. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən ilk yarışda, Avstraliya qran-prisində “Ferrari”nin pilotu Sebastyan Fettel qalib gəlib. Sürücülər Melbrunda “Albert Park”da 5303 metrlik trasda 58 dövrə vurublar.

Sebastyan Fettel yarışı 1 saat 24 dəqiqə 11,672 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 9,975 saniyə geri qalan Lyuis Hamilton (“Mersedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 11,250 saniyə sonra finişə çatan Valtteri Bottas (“Mersedes”, 15 xal) tamamlayıb.

Konstruktorlar kubokunda isə “Ferrari” 37 xalla birinci, “Mersedes” 33 xalla ikinci, “Red Bull Racing” isə 10 xalla üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti – ikinci yarışı olan Çin mükafat yarışı 7-9 apreldə Şanxayda keçiriləcək. Dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisi isə iyunun 23-25-də Bakıda təşkil olunacaq.

Həmin kateqoriyadan