“Ay-ulduzlular”ımız 3 pillə irəliləyib

FİFA yeni reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi sentyabr əmsalında irəliləyib. 3 pillə önə keçən “ay-ulduzlular”ımız hazırda 133-cüdür. Yığmamızın hesabında 252 reytinq xalı var.

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanın rəqibi olan komandaların sıralamadakı mövqeyi isə belədir: Almaniya (3, 1347), Şimali İrlandiya (30, 798), Çex Respublikası (33, 762), Norveç (70, 487) və San Marino (201, 17).

İlk onluq isə belədir: Argentina (1646), Belçika (1369), Almaniya (1319), Kolumbiya (1323), Braziliya (1323), Çili (1284), Portuqaliya (1228), Fransa (1188), Uruqvay (1173) və Uels (1161).

Həmin kateqoriyadan