Azərbaycan komandası mükafat fondu 200 000 dollar Avropa turnirinə vəsiqə qazandı

Azərbaycanın kiberidman komandası son ələmədə 5-ci yeri tutaraq, tarixdə ilk dəfə “PUBG Mobile” peşəkar liqasında iştirak etmək hüququ qazanıb.

Allsport.az saytı xəbər verir ki, bu dəstədə regionun ən yaxşı komandaları iştirak edəcək və 200 min dollardan çox mükafat fondu uğrunda mübarizə aparılacaq.

Heyətdə Kamran “GHOST” Zalov, Hüseyn “GG” Qarayev, Süleyman “SHERIFF” İsmayılov və Elmar “SLOWMO” Əlixanov kimi təcrübəli həmyerlilərimiz yer alıblar.

İdrak CAMALBƏYLİ
Ukrayna

Həmin kateqoriyadan