Azərbaycan kubokunun 1-ci mərhələsi başa çatdı

Şose velosipedi üzrə Azərbaycan kubokunun 1-ci mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, müxtəlif klub və cəmiyyətlərin 3 yaş kateqoriyası üzrə 60-a yaxın idmançısının iştirak etdiyi yarışın 2-ci günündə velosipedçilər qrup ötüşməsində ən güclüləri müəyyən ediblər.

17 yaşadək qızların 32 km məsafəyə mübarizəsi 7 saylı olimpiya velosiped məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsilə başa çatıb. Bu yaş kateqoriyasında eyni məsafəyə yarışan oğlanlar arasında respublika olimpiya velosiped məktəbinin təmsilçisi Ravi Rzayev 1-ci yeri tutub.

Gənc oğlanların 64 km məsafəyə yarışında respublika olimpiya velosiped məktəbinin nümayəndəsi Kamran Mirzəxanov finiş xəttini 1-ci keçib. U23/elit yaş kateqoriyasında müdafiə sənayesi nazirliyi velosiped klubunun velosipedçisi Musa Mikayılzadə 64 km-lik məsafəni hamıdan tez qət edib. Dünya velosiped mərkəzinin üzvü Ayan Xankişiyeva isə U23/Elit kateqoriyasında yarışan xanım velosipedçilər arasında çempionluq sevinci yaşayıb.

Mükafatlandırma mərasimində Azərbaycan velosiped idmanı federasiyasının prezidenti Mədət Quliyev, 1-ci vitse-prezident Sahib Ələkbərov, vitse-prezidentlər Robert EyyubovFuad Hacıyev, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Azərbaycan kubokunun 2-ci mərhələsi fevralın 19-20-də keçiriləcək.

Həmin kateqoriyadan