Azərbaycan reqbi federasiyasının yeni klubları açıldı

Azərbaycan reqbi federasiyasının yeni klubları fəaliyyətə başlayıb.

Allsport.az xəbər verir ki, federasiyadan “Azərtac”a verilən məlumata görə, Oğuz, Mingəçevir və Göygöldə açılan klublarda federasiyanın 1-ci vitse-prezidenti Elvar Osmanov, baş katibi Əliniyaz Mirzəyev, yığma komandanın baş məşqçisi Vaqif Sadətxanın iştirakı ilə komandaların təlim-məşqləri təşkil edilib. Qonaqlar klub üzvləri ilə görüş zamanı reqbi idman növü və onun inkişaf istiqamətləri ilə bağlı məlumat verib, klub üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıblar.

Daha sonra yeni açılmış klublara federasiya tərəfində toplar təqdim olunub. Ölkəmizdə reqbi komandalarının sayı artıq 11-ə (Gəncə, Sumqayıt , Qəbələ, Şəki , Qarabağ, Şəmkir, İçərişəhər, Göygöl, Oğuz, Mingəçevir, Samux) çatıb.

Həmin kateqoriyadan