- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Bu gün Avropa velosipedçilər birliyinin sayca 33-cü konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin onlayn qaydada iştirak etdiyi tədbirdə ölkəmiz AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyevlə təmsil olunub.
Hesabat xarakterli çıxışlardan sonra UEC-yə yeni prezident seçkisi baş tutub – bunadək qurumun baş katibi vəzifəsində çalışan italiyalı Enriko Della Kasa qarşıdakı 4 il üçün prezident seçilib.
Konqres zamanı UEC-nin rəhbər komitəsinin və UCİ konqreslərində Avropa adından səsvermə hüququna malik üzvləri də müəyyənləşib. AzVİF-in baş katibi Fərhad Əliyev səlahiyyətli nümayəndə olaraq UCI Konqreslərində iştirak edəcək səlahiyyətli nümayəndələr sırasında yer alıb.