Azərbaycan velosiped idmanı federasiyasının adı və üzü dəyişdirilib

Azərbaycan velosiped idmanı federasiyasının adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan velosiped federasiyası adlandırılacaq.

Allsport.az saytı xəbər verir ki, ad dəyişikliyi zamanı nazirlər kabinetinin “İctimai birliklərə respublika idman federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya qaydasının tələbləri əsas götürülüb və ədliyyə nazirliyində rəsmi qeydiyyata alınıb.

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə AVF-in yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.

Həmin kateqoriyadan