Azərbaycan voleybol federasiyası Ədalətli idman ayına qoşuldu

Allsport.az xəbər verir ki, Voleybol üzrə Azərbaycan çempionatı super liqasında qadın komandalar arasında baş tutan oyunda idmançılar Ədalətli idman ayına qoşulublar. İdmançılar AMADA tərəfindən hazırlanmış “Heydər Əliyev ili” layihəsi çərçivəsində ədalətli idmanın təşviqinə aid xüsusi geyim və əllərində şüarlarla meydana çıxıblar.

AMADA-nın ədalətli idman ayı təşəbbüsünə Azərbaycanın paralimpiya , gimnastika , güləş , atıcılıq və bu federasiyaları təmsil edən idmançılar silsilə tədbirlərdə iştirak edərək təmiz idman dəyərlərinin qorunmasına öz töhfələrini verəcəklər.

Ədalətli idman ayında AMADA-nın idmançılar məsləhətçi komissiyasının üzvləri olan məşhur idmançılar da aktiv iştirak edəcəklər.

Həmin kateqoriyadan