AzVİF-in baş katibi Türkiyə turunda – UCİ nümayəndəsi kimi

AzVİF-in baş katibi Fərhad Əliyev UCİ-nin Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi kimi “Tour of Turkey”də olub. Allsport.az saytı xəbər verir ki, Oktyabrın 9-dan 14-dək qardaş ölkədə təşkil edilən velotur yüksək kateqoriya – Dünya turu səviyyəsində təşkil edilib. Türkiyənin Konya, Alanya, Antalya, Fəthiyə, Marmaris, Manisa, Bursa kimi şəhərlərini əhatə edən yarışın son mərhələsi İstanbulda başa çatıb və planetin nüfuzlu idman kanalı “Eurosport”la canlı yayımlanıb.
 
Bir faktı qeyd etmək lazımdır ki, 2018-ci ildə Türkiyəyə şosse velosipedi üzrə müxtəlif kateqoriyalı 12 yarış keçirilib. Amma təşkilatçılar bununla kifayətlənmək fikrində deyillər – onlar 2019-cu ildə UCI-nın təqvim planına əlavə olaraq daha 20 yarış daxil etməkdə qərarlıdırlar. Həm də bu yarışların yay, yəni turizmin ən gur vaxtında deyil, yaz və payız mövsümündə təşkil edilməsi planlaşdırılır.
 
Əsas məqsəd isə velosiped idmanının inkişafı ilə yanaşı, regiona daha çox turist cəlb etməkdir. Çünki nufuzlu velosiped yarışları demək olar ki bütün dünyanın diqqət mərkəzində olur və bu da ölkənin tanıdılması üçün çox sərfəlidir.

Həmin kateqoriyadan