Bədii gimnastika üzrə onlayn məşqçilik kursları

Bədii gimnastika üzrə 1-ci səviyyə üçün onlayn məşqçilik kurslarına start verilib. Allsport.az xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən idman klubları və cəmiyyətlərində fəaliyyət göstərən məşqçilər bədii gimnastika üzrə bu səviyyəyə aid onlayn kurslardan qeydiyyatdan keçə bilərlər.

Kursların onlayn hissəsinə aid tədris materialları AGF-in tədris saytında (https://tedris.agf.az/main) öz əksini tapıb.

Məşqçilər onlayn kursları və imtahanları uğurla başa vurduqdan sonra elektron qaydada dinləyici sertifikatı əldə edəcəklər.

Daha sonra məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinin keçirilməsi nəzərdə tutulur.

Həmin kateqoriyadan