- Baxış sayı: 43
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, 30 yaşlı idmançımız Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Tech-Krep FC-PRIME Selection” adlı döyüş gecəsindən qalib ayrılıb.
84 kq çəki dərəcəsində qüvvəsini sınayan Abbasov ukraynalı Artyom Şokalo ilə üz-üzə gəlib. Təmsilçimiz 22 yaşlı rəqibini məğlub edib. 3 raund davam edən döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. Ədalət təmsilçiləri qələbəni yekdilliklə Abbasova verib.