Bakı kubokunun qalibləri

Respublika velotrekində Bakı kubokunun qalibləri bilinib. Allsport.az xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsi və Azərbaycan velosiped idmanı federasiyasının birgə təşkil etdiyi yarışda klub və cəmiyyətlərin bütün yaş kateqoriyaları üzrə 60-a yaxın idmançısı iştirak edib.

Açılış mərasimində idmançıları salamlayan BŞGİBİ-nin rəisi Raqif Abbasov və AzVİF-in baş katibi Fərhad Əliyev velosipedçiləri Novruz bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, Bakı kubokunda yer tutan idmançılar şəxsi göstəricilərlə yanaşı reytinq xalları da əldə edəcəklər ki, bu da yığma komanda heyətinə düşmək üçün olduqca önəmlidir.

Elit və U-23 yaş kateqoriyasında yarışan idmançıların mübarizəsində 7 saylı İdman Olimpiya Məktəbinin üzvü Əmral Əbdüləzizli həm 1 km məsafəyə fərdi, həm də çıxma ilə qrup yarışında fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Gənclər arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Nikita Sıtov çıxma ilə qrup yarışında, “Neftçi” İdman Klubunun velosipedçisi Nofəl Nuriyev isə 1 km məsafəyə fərdi ötüşmədə çempion olub.

15 yaşadək qızların həm 333, həm də 666 metr məsafəyə fərdi mübarizəsi 7 saylı İdman Olimpiya Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsi ilə yekunlaşıb. Bu yaş kateqoriyasında olan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Aslan Hənifəyev 333, Ravi Rzayev 666 metr məsafəyə yarışda 1-ci olub.

17 yaşadək oğlanlar arasında 7 saylı İdman Olimpiya Məktəbindən Timur Şerşnyov 333, Respublika Olimpiya Velosiped Məktəbindən Hüseyn Nərimanov 666 metr məsafəyə mübarizədə bütün rəqiblərindən yaxşı çıxış edib.

Qalib və mükafatçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.

Возможно, это изображение (один или несколько человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (2 человека, люди стоят, велосипед и на открытом воздухе)
Возможно, это изображение (один или несколько человек, велосипед и на открытом воздухе)

Həmin kateqoriyadan