Bakı Şəhər Halqasından paytaxt sakinlərinə müraciət

23-25 iyunda paytaxtda baş tutacaq Azərbaycan qran-prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik sədlərinin quraşdırılmasını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Zərifə Əliyeva küçəsinin Bül-Bül prospekti ilə Rəsul Rza küçəsi arasında qalan hissəsində aprelin 3-dən etibarən bir neçə gün ərzində yalnız gecə saatlarında (22:00-dan 06:00-dək) yolun kənarına baryerlər quraşdırılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.

Həmin kateqoriyadan