Bakıda MMA üzrə “AFC – 13 və Octagon – 38” turniri keçiriləcək

Azərbaycanın MMA üzrə ilk peşəkar liqası – “ASED Fighting Championship”in rəhbəri Turan Qulamzadə qardaş ölkədə səfərdə olub. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz Ankaqada Qazaxıstanın ən nüfuzlu peşəkar liqası, dünya reytinqində “Top-30”-da yer alan “Octagon liqası”nın rəhbəri Nurəddin Sadiqov və Türkiyənin MMA üzrə rəhbəri Sərdar Göyqaya ilə görüşüb.

Toplantıda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, planlar barədə fikir mübadiləsi aparılıb və bir sıra qərarlar qəbul edilib. Görüşün nəticəsi olaraq, oktyabrın 28-də “Octagon liqası” Ankaqada 37-ci seriyasının keçirilməsinə qərar verib.

Noyabrın 26-da isə Qazaxıstan liqası və AFC ASED birgə təşkilatçılığı ilə Bakıda “AFC -13 & Octagon 38” turniri təşkil olunacaq. Gələn ilin martında AFC ASED Türkiyə təmsilçisi ilə birlikdə Anqarada “AFC-14” seriyasını keçirəcək.

Həmin kateqoriyadan