Belçika qran pridə qalmaq istəyir

Allsport.az saytı xəbər verir ki, bu ölkədə yarışın promouteri Vanessa Maes, Spa mərhələsinin dünya çempionatının təqvimində qalacağına ümüd edir. Maes bu barədə Bəhreyndə təşkil olunan danışıqlarda bildirib. O bu barədə Belçikanın RTBF telekanalına açıqlama verib:

“Belçikanın Formula-1 yarışları ilə müqaviləsi bu il başa çatır. Biz onun uzadılması üçün səy göstəririk. Təqvimində yerlərin baha olduğu haqqında məlumatımız var. Bu il vəziyyət çox çətin olsada, 2022-ci ildə əla iş gördük. İndi gələcəyi düşünməliyik.

Formula-1 təşkilatı bizə növbəti planlarını açıqladılar və biz onların bütün tələblərinə cavab veririk. Həmçinin çempionatın rəhbərliyi ölkəmizdəki mərhələnin siyasi liderlərlər tərıfindən dəstəkləndiyini müsbət qarşılayır. Ümid edirik ki, yaxın müddətdə bir neçə illik müqavilə imzalaya biləcəyik.

Bunun üçün əlimizdən gələni əsirgəmirik. Bəhreyin-dəki görüşdə iştirak etmək çox vacib idi. Burada potensial promouterlərlə, FOM rəhbərliyi ilə ünsiyyət qurmaq imkanı verildi. Məhz belə görüşlərdə danışıqlar prosesində irəli getmək olur”.

Həmin kateqoriyadan