Beynəlxalq qadınlar günü münasibət ilə veloyürüş

AzVİF-in təşkilatçılığı ilə 8 mart – Beynəlxalq qadınlar günü münasibəti ilə veloyürüş keçirilib. Allsport.az saytı xəbər verir ki, müxtəlif sferalarda çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş dənizkənarı bulvar ərazisində təşkil olunub.

Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi – Dövlət bayrağı meydanı – Azneft meydanı marşrutu üzrə hərəkət ediblər.

Həmin kateqoriyadan