Azərbaycan ilk dəfə Şərqi Avropa finalında!

Şərqi Avropanın yeni çempionu bəlli oldu. Allsport.az xəbər verir ki, hakimlərin yekdil qərarı ilə, qazaxıstanlı Killa Kolya 5 sentyabr, Tbilisidə keçirilən Red Bul BC One Şərqi Avropa üzrə finalında qalib gələrək, regionun ən yaxşı bi-boyu oldu. Onun enerjisi və unikal tərzi, 14 noyabr Romada keçiriləcək Red Bull BC One dünya finalında öz ölkəsini – Qazaxıstanı təmsil etməyə bilet qazandırdı. Birinci dəfədir ki, Qazaxıstanın təmsilçisi qlobal səhnədə mübarizə aparacaq.

Gecə boyu gərgin mübarizə gedirdi, amma Killa Kolya dünya uzrə ən yaxşıların sırasında olduğunu sübüt etdi. “Mən Tbilisiyə çatanda, fikirlərim yalnız qalib gəlmək barədə idi.” – Killa Kolya tədbirdən sonra bildirdi. “İki il öncə Red Bull BC One Şərqi Avropa üzrə finalında, ikinci raundda məğlub oldum. Və beləliklə, mən o günü gözləyirdim ki, özümü yenidən sınaya bilim.”

Final döyüşü Killa Kolyanın və Robinin (Ukrayna) arasında oldu. Hər ikisinin bir-birindən tam fərqli, amma eyni alqışlanan bi-boy tərzləri var, lakin Killa Kolyanın dözümlüyü onu o gecə qalib etdi. “Final gecəsi möhtəşəm idi. Mən heç təsəvvür edə bilməzdim ki, iştirakçıların səviyyəsi bu qədər yüksək olacaq.” – ikiqat Red Bull BC One dünya çempionu, bu finalın hakimi Lilou qeyd etdi.

Azərbaycanı təmsil edən bi-boy Quattro-J, öz gücünü və qabiliyyətini tam şəkildə göstərdiyinə baxmayaraq, onun rəqibi – Yunanıstanlı bi-boy ONEL daha təcrübəli oldu və qalib gəldi. Quattro-J-ın ilk görüşündəki məğlubiyyəti onun finalda iştirakını dayandırdı. Qeyd etmək lazımdır ki, Quattro-J Azərbaycanda Red Bull BC One yarışında ilk dəfə qalib gələrək, ölkəmizi ilk dəfə beynəlxalq finalında təmsil edir.

Döyüşü Tbilisinin əfsanəvi sirkində 1800 tamaşaçı müşahidə edirdilər. Gürcüstanın milli maletinin xüsusi çıxışı və xalq musiqi qrupu ilə birlikdə performans göstərən Madridli peşəkar BMX rayderi Viki Qomes, gecəyə əlavə tam qatdılar. Amma kütlənin marağını son dərəcədə cəlb edən bolqarıstanlı, Red Bull BC One Finalında yeganə qadın iştirakçısı olan, Queen Mary-nin performansı oldu.

Yarandığı 2004-cü ildən etibarən Red Bull BC One dünyada aparıcı bi-boy müsabiqəsi olub, daimi ən güclü individual rəqqasları cəlb edir. Bu gün daha çox yayılan komanda döyüşlərindən fərqli olaraq, bu tədbir nokaut formatında orijinal təkbətək döyüşlərindən istifadə edərək keçirilir.

Romadaki Dünya Finalından öncə olan altı finallardan, Tbilisi ikincidir. Növbəti qalib Qahirədə, Misirdə, 11 sentyabrda müəyyən ediləcək.

Həmin kateqoriyadan