Biləsuvarda velosiped yarışı

Azərbaycan Xalq Cumhuriyyətinin 100-illiyinəə Biləsuvar rayonunda həvəskar velosipedçilər arasında yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, rayon gənclər və idman idarəsi və Velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 150 nəfər iştirak edib.
 
Start və finiş xətti Heydər Əliyev prospektində olan yarışda velosipedçilər 16,5 km məsafə qət ediblər. Fərqlənən idmançılar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və AzVİF-in baş katibi Fərhad Əliyev tərəfindən medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.

Həmin kateqoriyadan